Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Qazaxıstanın Aktau şəhərində "Azərbaycan Hava Yollarına" məxsus təyyarənin qəzaya uğraması ilə bağlı Azərbaycana başsağlığı verib.
APA xəbər verir ki, bu barədə Prezidentin "X" sosial media hesabında bildirilib.
"Qazaxıstanda təyyarənin qəzaya uğraması barədə dərin kədər hissi ilə xəbər tutdum. Azərbaycan Respublikasının Prezidentinə, həlak olanların ailələrinə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Bu çətin anlarda düşüncələrimiz sizinlədir', - qeyd edilib.