Bank Of Baku

Si Cinpin: Mən Çinlə Azərbaycan arasında əlaqələrin inkişafına böyük əhəmiyyət verirəm

Si Cinpin: Mən Çinlə Azərbaycan arasında əlaqələrin inkişafına böyük əhəmiyyət verirəm
# 20 dekabr 2024 16:42 (UTC +04:00)

Mən Çin ilə Azərbaycan arasında əlaqələrin inkişafına böyük əhəmiyyət verirəm.

APA xəbər verir ki, bu fikirlər Çin Xalq Respublikasının Sədri Si Cinpinin Prezident İlham Əliyevə göndərdiyi məktubda əksini tapıb.

Si Cinpin qeyd edib ki, Çin-Azərbaycan münasibətləri uğurla və ardıcıl şəkildə inkişaf etməkdə davam edir:

“Tərəflər “Bir kəmər, bir yol” təşəbbüsünün yüksək səviyyədə reallaşdırılmasında mühüm nəticələr əldə ediblər. Bu ilin iyulunda biz ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bəyan etdik və bununla da Çin-Azərbaycan münasibətlərinin inkişafı tarixində yeni səhifə açdıq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR