Bank Of Baku

Ştaynmayer: Azərbaycanla Ermənistan arasında etibarlı barışıq üçün uzun müddət tələb olunur

Ştaynmayer: Azərbaycanla Ermənistan arasında etibarlı barışıq üçün uzun müddət tələb olunur
# 02 aprel 2025 12:15 (UTC +04:00)

Son 30 ildə münaqişəni, onun ağrı-acıları fonunda münasibətləri bərpa etmək, sülh sazişini razılaşdırmaq üçün böyük səylər tələb olunur.

APA-nın xəbərinə görə, bunu Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatında bildirib.

Almaniya Prezidenti deyib ki, razılaşma üçün çox gözəl an yaranıb və bundan mütləq istifadə etmək lazımdır: “Razılaşma imzalanandan sonra onun reallığa çevrilməsi hələ uzun illər tələb edəcək. Etibarlı barışıq üçün uzun müddət tələb olunur. İlk addım isə sülh sazişinin imzalanmasıdır. İnanıram ki, bu, baş tutacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR