Bank Of Baku

Şuşada Qoşulmama Hərəkatının Gənclər Təşkilatı yaradılıb - YENİLƏNİB

Şuşada Qoşulmama Hərəkatının Gənclər Təşkilatı yaradılıb - YENİLƏNİB
# 29 iyul 2022 14:41 (UTC +04:00)

İyulun 29-da Qoşulmama Hərəkatının (QH) Gənclər Sammitinin Şuşa sessiyası öz işinə başlayıb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən APA-ya verilən xəbərə görə, sammit iştirakçıları 25-28 iyul tarixlərində keçirilmiş Bakı sessiyasında razılaşdırdıqları sənədləri Şuşada qəbul ediblər.

Şuşa Akkordu (Şuşa razılaşması) kimi adlandırılan sənədə əsasən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin QH sədri qismində təşəbbüsü ilə 2021-ci ilin 4 oktyabr tarixində təsis edilmiş QH Gənclər Şəbəkəsi əsasında QH Gənclər Təşkilatı yaradılıb. Daimi katibliyi Bakı şəhərində yerləşəcək QH Gənclər Təşkilatının nizamnaməsi və təşkilatın loqo və bayrağı da Sammitin Şuşa sessiyası çərçivəsində bu gün təsdiq edilib.

Tədbir çərçivəsində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, QH ölkələrinin nümayəndələrinin iştirakı ilə QH Gənclər Sammitinin nəticələri və QH Gənclər təşkilatının gələcək fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.

***

12:03

Bu gün Şuşa şəhərində Qoşulmama Hərəkatı (QH) Gənclər Sammitinin Şuşa sessiyası öz işinə başlayıb.

APA xəbər verir ki, 60-dan artıq QH üzv ölkəsini təmsil edən nümayəndə heyəti, Füzuli Beynəlxalq Hava Limanına çatıb, Hava Limanı ilə tanışlıqdan sonra Şuşa şəhərinə yola düşüblər.

QH Gənclər Sammitinin bir neçə gün ərzində davam edən fəaliyyətinə Şuşa sessiyası ilə yekun vurulacaq. Sammit iştirakçılarının 25-28 iyul tarixlərində keçirilmiş Bakı sessiyasında razılaşdırdıqları sənədləri Şuşada qəbul etməsi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR