Emoməli Rəhmon: Bakıda biznes-forumda imzalanmış müqavilə və sazişlərin məbləği 700 mln. ABŞ dollarından çox olub

Emoməli Rəhmon: Bakıda biznes-forumda imzalanmış müqavilə və sazişlərin məbləği 700 mln. ABŞ dollarından çox olub
# 23 may 2024 16:03 (UTC +04:00)

"Danışıqlar zamanı bir daha Azərbaycan şirkətlərinin və maliyyə qurumlarının Tacikistanda layihə və proqramların həyata keçirilməsində iştirak imkanlarını prioritet qaydada nəzərdən keçirməyə hazır olduğumuzu bildirdik".

APA xəbər verir ki, bunu Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Prezident İlham Əliyevlə mətbuata bəyanatında deyib.

“Bakıda səfərimiz çərçivəsində keçirilən biznes-forum tərəflərin iqtisadi-ticari əlaqələrini inkişaf etdirmək üçün geniş imkanlara malik olduqlarını göstərdi. Ümidvaram ki, onun nəticələri bu gün imzalanmış ikitərəfli sənədlərlə yanaşı, bu istiqamətdəki əməkdaşlığımıza da təkan verəcək. Qeyd etmək lazımdır ki, forum çərçivəsində imzalanmış kommersiya müqavilələrinin və sazişlərin ümumi məbləği bütövlükdə 700 milyon ABŞ dollarından çox olub. Müvafiq nazirliklərə və idarələrə ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması məqsədilə qarşılıqlı tədarük olunan malların nomenklaturasının genişləndirilməsinə yeni yanaşmaların hazırlanması üçün konkret tapşırıqlar verildi”, - o deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR