Bank Of Baku

Tacikistan səfiri: Azərbaycan regionun inkişafına xüsusi diqqət ayırır

Tacikistanın Azərbaycandakı səfiri İlhom Abdurahmon

© APA | Tacikistanın Azərbaycandakı səfiri İlhom Abdurahmon

# 02 may 2026 12:59 (UTC +04:00)

“Qarabağa hər səfərimdə bölgədə yeni dəyişikliklərin şahidi oluram”.

Bunu APA-nın Qarabağa ezam olunmuş müxbirinə açıqlamasında Tacikistanın Azərbaycandakı səfiri İlhom Abdurahmon deyib.

"Qarabağa – Şuşaya, Laçına, Zəngilana, Xankəndiyə hər gəlişimdə yeni obyektlər, yeni maraqlı yerlər, yeni hotellər görürəm. İnfrastruktur sürətlə inkişaf edir. Bu onu göstərir ki, Azərbaycan hökuməti regionun inkişafına xüsusi diqqət ayırır. Qonaqların və turistlərin bölgəyə marağı da getdikcə artır”.

Tacik diplomat Azərbaycan Prezident Administrasiyasına və Xarici İşlər Nazirliyinə təşəkkürünü də ifadə edib:

“Mən Azərbaycan Respublikası Prezident Administrasiyasına və Xarici İşlər Nazirliyinə minnətdarlığımı bildirirəm ki, bizə məhz yaz mövsümündə bu bölgəni ziyarət etmək imkanı yaradılıb. Regionun unikal təbiətini canlı görmək çox xoş təsir bağışladı”.

Səfir əlavə edib ki, səfərdən çox müsbət təəssüratlar alıb və yenidən ailəsi ilə birlikdə Qarabağa gəlmək istəyir:

“Həyat yoldaşımla birlikdə burada olduq. Yenidən ailəvi şəkildə bu bölgəyə gəlmək istərdik. Xüsusilə Şuşanı çox bəyəndik. Mənim isə ən çox xoşuma gələn şəhərlərdən biri Zəngilandır. Burada yeni texnologiyalar əsasında qurulan memarlıq çox unikaldır. Yaxşı mütəxəssislər cəlb olunub və region yenidən qurulub”.

Sonda diplomat Azərbaycan xalqına, Qarabağ bölgəsinə sülh və firavanlıq arzulayıb:

“Qardaş Azərbaycan xalqına və bu bölgəyə firavanlıq arzulayıram. Qoy burada daim sülh olsun və insanlar bu yerlərdən yalnız xoş təəssüratlar qazansınlar”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR