Bank Of Baku

Tbilisidə Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələri müzakirə edilib

Tbilisidə Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələri müzakirə edilib
# 03 iyun 2025 12:48 (UTC +04:00)

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, Gürcüstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev, Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov Gürcüstana səfərə gedib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, nümayəndə heyəti səfər çərçivəsində Gürcüstan parlamentində görüşlər keçiriblər.

Görüşlər zamanı parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, qarşılıqlı təcrübə mübadiləsi və digər mövzularda fikir mübadiləsi aparılıb. Milli Məclisin nümayəndə heyətinin Gürcüstana səfəri sabah başa çatacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR