Bank Of Baku

TBMM sədri: Beynəlxalq platformalarda həmrəy olduğumuz qardaş Azərbaycanla hər zaman çiyin-çiyinəyik

TBMM sədri: Beynəlxalq platformalarda həmrəy olduğumuz qardaş Azərbaycanla hər zaman çiyin-çiyinəyik
# 14 oktyabr 2024 13:03 (UTC +04:00)

Azərbaycan və Türkiyə parlament sədrləri Cenevrədə görüşüb.

APA xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin (TBMM) Numan Kurtulmuş “X” platformasında paylaşım edib.

TBMM sədri qeyd edib ki, Parlamentlərarası İttifaqın (PAİ) 149-cu Assambleyası çərçivəsində Cenevrədə Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşüb.

“Ölkələrimiz arasında hər sahədə sıx inkişaf edən münasibətlərin getdikcə artmasından qarşılıqlı məmnunluğumuzu ifadə etdiyimiz görüşdə regional və qlobal hadisələri müzakirə etdik.

Görüşümüz zamanı biz də bir daha təsdiq etdik ki, biz beynəlxalq platformalarda həmrəy olduğumuz qardaş Azərbaycanla hər zaman çiyin-çiyinəyik”, - Kurtulmuş vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR