Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Milli Qurtuluş Günü münasibətilə “Twitter” hesabında paylaşım edib.
APA-nın məlumatına görə, paylaşımda deyilir: “Dost və qardaş ölkənin əziz Azərbaycanın Milli Qurtuluş Gününü təbrik edirəm. Uğurlarınız parlaq, xalqınız sağ olsun və bayrağınız hər zaman uca olsun, şanlı vətən Azərbaycan”.