Bank Of Baku

TDT Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib

TDT Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib
# 25 dekabr 2024 13:56 (UTC +04:00)

Türk Dövlətləri Təşkilatı Qazaxıstanın Aktau şəhərində "Azərbaycan Hava Yollarına" məxsus təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı verib.

APA xəbər verir ki, bununla bağlı TDT-nin sosial media hesabında paylaşım edilib.

“AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında faciəvi qəzaya uğraması bizi dərin kədərləndirib.
Həyatını itirənlərin ailələrinə başsağlığı verir, qəzadan sağ çıxanlara isə tezliklə şəfa diləyirik. Bütün dualarımız bu faciəli hadisədən zərər çəkmiş qardaş və bacılarımızladır. Bu kədərli zamanda bütün zərər çəkmiş dövlətlərə səbir və başsağlığı diləyirik”, - başsağlığında bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR