Türk Dövlətləri Təşkilatının katibliyində bayraqlar endirilib.
APA xəbər verir ki, bununla bağlı TDT-nin sosial media hesabında paylaşım edilib.
“Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş vermiş faciəvi qəzadan sonra Azərbaycanda elan olunmuş milli matəmlə əlaqədar TDT Katibliyindəki bayraqlar yarıya endirilib. Həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verir, sağ qalanlara səbr diləyir, Azərbaycanla və qəzada zərər çəkmiş bütün xalqlarla həmrəy olduğumuzu bildiririk.”- deyə paylaşımında bildirilib.