Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini liderləri işğaldan azad olunmuş ərazilərə gəliblər.
APA-nın məlumatına görə, nümayəndələr Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olublar. Qonaqlar işğal zamanı Füzulinin dağıdılmış yaşayış məntəqələrinə baxdıqdan sonra Füzulidən Şuşaya yola düşüblər.