Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi zirvə görüşü Şuşada iyul ayında keçiriləcək.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, bu hadisədən məmnuniyyət hissi duyur. Ərdoğan onu da əlavə edib ki, Türkiyə Şuşa bəyannaməsinin ruhuna əsasən Azərbaycanla yoluna davam edəcək.