Bank Of Baku

TDT XİN Şurasının növbədənkənar iclası keçirilib - YENİLƏNİB

TDT XİN Şurasının növbədənkənar iclası keçirilib - YENİLƏNİB
# 17 oktyabr 2022 14:20 (UTC +04:00)

İstanbulda Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclası başa çatıb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, TDT-nın gündəliyində duran prioritet məsələlərlə yanaşı, 11 noyabr 2022-ci ildə Səmərqənddə keçiriləcək TDT Sammitinə hazırlıq müzakirə olunub.

İclasda Təşkilata üzv ölkələri olan Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın, həmçinin, müşahidəçi ölkələr Macarıstan və Türkmənistanın XİN rəhbərləri iştirak edib.

***

11:11

Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclası İstanbulda öz işinə başlayıb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, TDT-nın gündəliyində duran prioritet məsələlərlə yanaşı, 11 noyabr 2022-ci ildə Səmərqənddə keçiriləcək TDT Sammitinə hazırlıq müzakirə olunacaq.

İclasda Təşkilata üzv ölkələri olan Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın, həmçinin, müşahidəçi ölkələr Macarıstan və Türkmənistanın XİN rəhbərləri iştirak edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR