Toivo Klaar Türkiyədə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib

Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar

© APA | Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar

# 29 noyabr 2023 14:32 (UTC +04:00)

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar Türkiyədə Azərbaycan və Ermənistan arasında sülh prosesini müzakirə edib.

APA xəbər verir ki, bu barədə Aİ diplomatı "X" hesabında paylaşım edib.

Noyabrın 28-də Ankarada səfərdə olduğunu bildirən Toivo Klaar artıq Brüsselə qayıtdığını qeyd edib.

"Cənubi Qafqaz regionu ilə bağlı Aİ və Türkiyə arasında ortaq maraq doğuran məsələlər, xüsusilə Ermənistan və Azərbaycan arasında sülh prosesi müzakirə edildi", - Klaar bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR