Bank Of Baku

Toivo Klaarın Azərbaycana səfəri başlayıb

Toivo Klaar

© APA | Toivo Klaar

# 21 fevral 2022 03:18 (UTC +04:00)

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaarın Azərbaycana səfəri başlayıb.

APA xəbər verir ki, bu barədə Klaar "Twitter" hesabında bildirib.

“Bakıya qayıtdığım üçün çox şadam. Avropa İttifaqının öhdəliyini və növbəti addımları müzakirə etmək üçün sabah danışıqları gözləyirik”, - deyə Klaar qeyd edib.

Qeyd edək ki, bu gün T.Klaar ölkənin bir sıra rəsmiləri ilə görüşlər keçirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR