Bank Of Baku

Tokayev: Qazaxıstan “Tramp marşrutu” layihəsində iştirak etməkdə maraqlıdır

Ermənistan Baş naziri Nikol Paşinyan, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev

© APA | Ermənistan Baş naziri Nikol Paşinyan, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev

# 21 noyabr 2025 14:15 (UTC +04:00)

Qazaxıstan “Tramp marşrutu” layihəsində iştirak etməkdə maraqlıdır.

APA xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada Ermənistan Baş naziri Nikol Paşinyanla mətbuata birgə bəyanatında bildirib.

Kasım-Jomart Tokayevin sözlərinə görə, mühüm müzakirə mövzusu sənaye, nəqliyyat və logistika, energetika, kənd təsərrüfatı, rəqəmsallaşma, tikinti və digər sahələrdə tərəfdaşlığın genişləndirilməsi olub.

Qazaxıstan lideri vurğulayıb ki, Cənubi Qafqazda yeni geosiyasi vəziyyət ikitərəfli və regionlararası əlaqələrin qurulmasına əlverişli şərait yaradır.

“Biz həmçinin “Tramp marşrutu” layihəsində iştirak marağımızı təsdiqləyirik”, - Tokayev əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR