Bank Of Baku

Tokayev Xələf Xələfovu təltif edib

Xələf Xələfov, Serjan Abdıkarimov

© APA | Xələf Xələfov, Serjan Abdıkarimov

# 12 aprel 2022 12:14 (UTC +04:00)

Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov xarici işlər nazirinin müavini Xələf Xələfovla görüşüb.

APA Qazaxıstan səfirliyinə istinadən xəbər verir ki, görüşdə səfir Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin adından Qazaxıstan-Azərbaycan münasibətlərin inkişafında verdiyi mühüm töhfələrə görə Xələf Xələfova "Qazaxıstan Respublikasının Müstəqilliyinin 30 illiyi" yubiley medalını təqdim edib.

Danışıqlar zamanı diplomatlar ikitərəfli əməkdaşlığın bundan sonra da möhkəmləndirilməsi məsələlərini, o cümlədən, bu il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlaqədar müxtəlif tədbirlərin hazırlanması və keçirilməsini müzakirə ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR