Türk Dövlətləri Təşkilatı daxili işlər nazirlərinin ikinci iclası Azərbaycanda keçiriləcək

Türk Dövlətləri Təşkilatı daxili işlər nazirlərinin ikinci iclası Azərbaycanda keçiriləcək
# 03 oktyabr 2024 20:58 (UTC +04:00)

Türk Dövlətləri Təşkilatı daxili işlər nazirlərinin ikinci iclası gələn il Azərbaycanda baş tutacaq.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya TDT-nin yaradılmasına dair “Naxçıvan Anlaşması”nın imzalanmasının 15-ci ildönümü münasibətilə baş tutan rəsmi qəbulda çıxışı zamanı bildirib.

O qeyd edib ki, sentyabr ayının 6-da Qırğızıstanda baş tutan ilk iclasın davamı olacaq bu toplantıda da önəmli məsələlərin müzakirə edilməsi gözlənilir.

Nazir çıxışı zamanı Türk Dövlətləri Təşkilatının artıq dünya miqyasında xüsusi rola malik olduğunu, TDT-nin yaradılması ilə üzv ölkələr arasında siyasi, iqtisadi və mədəni əlaqələrin daha da dərinləşərək yeni, keyfiyyətinə görə daha yüksək səviyyəyə çatdığını vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR