Bank Of Baku

Türkiyə Azərbaycan və Ermənistan arasında atılan addımları məmnuniyyətlə qarşılayır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

© APA | Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

# 29 may 2025 14:08 (UTC +04:00)

Biz illər boyu çəkilən iztirabların bir daha təkrarlanmamasına və Cənubi Qafqazda sabitliyin, əmin-amanlığın və rifahın bərqərar olmasına böyük əhəmiyyət veririk.

APA xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən jurnalistlərə müsahibəsində bildirib.

“Azərbaycan və Ermənistan arasında atılan addımları məmnuniyyətlə qarşılayırıq. Biz sülh sazişinin mətni üzrə razılaşmanı sabitliyə gedən yolda mühüm hadisə kimi qiymətləndiririk. Bu prosesin ən qısa zamanda başa çatmasını istəyirik. Biz görürük ki, müharibənin qalibi olan Can Azərbaycan regionda sülhün memarı oldu”, - o qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR