Bank Of Baku

Türkiyə Prezidenti Azərbaycana səfərə gəlib, onu gətirən təyyarə Laçın aeroportuna enib - YENİLƏNİB

Türkiyə Prezidenti Azərbaycana səfərə gəlib, onu gətirən təyyarə Laçın aeroportuna enib - YENİLƏNİB
# 28 may 2025 11:09 (UTC +04:00)

Bu gün Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasına səfərə gəlib.

APA-nın Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, Laçın Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidentini hava limanında qarşılayıb.

Qeyd edək ki, bu gün Türkiyə-Azərbaycan-Pakistan Üçtərəfli Zirvəsinin II iclası keçiriləcək.

***

saat 09.50

Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan Azərbaycana səfərə yola düşüb.

APA xəbər verir ki, bu barədə "Anadolu" Agentliyi məlumat yayıb.

Qeyd edək ki, bu gün Türkiyə-Azərbaycan-Pakistan Üçtərəfli Zirvəsinin II iclası keçiriləcək. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Laçın Beynəlxalq Hava Limanının açılış mərasimində də iştirak edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR