Bank Of Baku

Türkiyə Prezidenti: Bütün səmimiyyətimizlə Ermənistanın bu tarixi fürsəti dəyərləndirməsini gözləyirik

Türkiyə Prezidenti: Bütün səmimiyyətimizlə Ermənistanın bu tarixi fürsəti dəyərləndirməsini gözləyirik
# 21 oktyabr 2022 13:12 (UTC +04:00)

“Böyük bədəllər ödənərək uzun illər sonra bölgədə davamlı sülh şansı yaranıb. Biz bütün səmimiyyətimizlə Ermənistanın bu tarixi fürsəti dəyərləndirməsini gözləyirik”.

APA xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan səfərindən qayıdarkən jurnalistlərə müsahibəsində bildirib.

“Azərbaycan-Ermənistan müzakirələrindəki irəliləyişin Türkiyə-Ermənistan arasında normallaşma prosesinə müsbət töhfə verəcəyi şübhəsizdir. Qardaş Azərbaycanla əməkdaşlığımızı “tək millət, iki dövlət” şüarı ilə hər sahədə daha da gücləndirməkdə qətiyyətliyik. Səfərimin sadəcə ikitərəfli əlaqələr baxımından yox, bütün bölgəmiz üçün xeyirlərə vəsilə olmasını arzulayıram”, - Türkiyə Prezidenti qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR