Türk Dövlətləri Təşkilatının (TDT) Səmərqənddə baş tutacaq sammiti təşkilata üzv ölkələr arasında həmrəyliyi daha da gücləndirəcək.
APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Astanada Qazaxıstan lideri Kasım-Jomart Tokayevlə birgə mətbuat konfransı zamanı deyib.
Ərdoğan Türk dünyasının inteqrasiyasına dair əlavə addımların atılacağını da bildirib.
Qeyd edək ki, Türk Dövlətləri Təşkilatının Səmərqənd sammiti noyabrın 11-də keçiriləcək.