“Qarabağda kəndlər, şəhərlər tək-tək azad ounlduqca ermənilər mülki şəxsləri hədəf alırdı”.
APA xəbər verir ki, bunu Gəncədə səfərdə olan Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib.
Səfir bildirib ki, Gəncə terrorunun ildönümündə xarici ölkələrin diplomatları Gəncəyə səfər ediblər: “Mən bir daha Türkiyə dövlətinin adından Azərbaycan xalqına başsağlığı verirəm. Gəncədə şəhid olanlara Allahdan rəhmət, qazilərə isə şəfa diləyirəm. Onların sayəsində bu gün Qarabağ azaddır”.
Firuzə Vahid
Fuad Nazimoğlu