Türkiyə XİN: Cənubi Qafqaz üçün tarixi sülh fürsəti yaranıb

Türkiyə XİN: Cənubi Qafqaz üçün tarixi sülh fürsəti yaranıb
# 21 fevral 2024 15:16 (UTC +04:00)

İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqaz üçün tarixi sülh fürsəti yaranıb.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin Cənubi Qafqaz, Mərkəzi Asiya və Şərqi Avropa üzrə Baş İdarəsinin rəisi Mehmet Samsar 27-ci Avrasiya İqtisadi Zirvə toplantısında çıxışı zamanı bildirib.

O qeyd edib ki, bu fürsətinin dəyərləndirilməsi bölgəmiz üçün yeni dövrün başlanğıcıdır:

“Bu çərçivədə Azərbaycanla Ermənistan arasında ən qısa zamanda sülh sazişinin imzalanmasını gözləyirik. Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin tamamlanması ilə birlikdə ölkəmizlə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində maneələrin qalmayacağını düşünürük”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR