Bank Of Baku

Türkiyədə Azərbaycanın Respublika Günü münasibətilə ASAP silsilə tədbirlər keçirib - FOTO

Türkiyədə Azərbaycanın Respublika Günü münasibətilə ASAP silsilə tədbirlər keçirib - FOTO
# 28 may 2021 22:40 (UTC +04:00)

28 may - Respublika Günü münasibətilə Azərbaycanlı Tələbələr və Məzunlar Platforması (ASAP) silsilə tədbirlər təşkil edib.
APA-nın yerli bürosunun xəbərinə görə, ASAP tərəfindən Türkiyənin Aydın Universitetində “Müstəqil Azərbaycan Respublikası 103 yaşında” mövzusunda konfrans keçirilib. 

Konfransda universitetin rektor müavini İbrahim Haqqı Aydın, ölkəmizin İstanbuldakı baş konsulluğunun konsulu Zaur Allahverdi-zadə, ASAP-ın baş katibi Ülkər Qurbanova, koordinatoru Fərid Şahbazlı, türkiyəli siyasi ekspert, professor Kuray Karaca və digərləri çıxış edərək Azərbaycanın keçdiyi tarixi yol haqqında iştirakçılara məlumat veriblər. 

Bildirilib ki, tarixi ədalətin bərqərar olması, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbə builki Respublika Gününü xüsusi əlamətləndirir. 
ASAP-ın daha bir tədbiri isə İstanbulun Taksim Meydanında keçirilib.

“Bayraq aksiyası” mövzulu tədbirə azərbaycanlı tələbələrlə yanaşı türkiyəli gənclər də qatılıblar. 

Qeyd edilib ki, aksiyanın əsas məqsədi dünyanın ən hərəkətli yerlərindən biri olan İstanbulun Taksim Meydanında yerli və xarici turistlərə Azərbaycan bayrağı hədiyyə etmək, Azərbaycanın bu günü, eləcə də Vətənimizin inkişaf yolu haqqında insanlara geniş məlumat verməkdir.

Azərbaycan Dövlət Himninin sələndirilməsi ilə başlayan tədbirdə mindən artıq bayraq Türkiyə və digər ölkə vətəndaşlarına təqdim olunub.
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR