Azərbaycanın Türkiyədəki səfirliyinin hərbi personalı "Qardaş Briqada" layihəsi çərçivəsində Türkiyənin komandirləri və Çanaqqala şəhərinin Gelibolu rayonunda xidmət edən Azərbaycan Ordusunun şəxsi heyəti ilə görüşüb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə məlumat səfirliyin "Twitter" hesabında paylaşılıb.
Qeyd olunub ki, görüş zamanı səfirliyin personalına azərbaycanlı hərbçilərin təlim və hazırlıqları haqqında məlumat verilib.