"Azərbaycan Cənubi Qafqazda bu gün sülhün, qardaşlığın, çox mədəniyyətli birgəyaşayışın nümunəsidir”.
APA-nın Antaliyaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım deyib.
O bildirib ki, Azərbaycan 8-10 ildir, çox mədəniyyətli birgə yaşamı dəstəkləyən beynəlxalq konfranslar keçirir: “Prezident İlham Əliyev ADA Universitetində çıxışında Şimali Kipr Türk Cumhuriyyətinin tanınması ilə bağlı ciddi məqamlara toxundu. Qarabağ savaşı Türk Dövlətləri Təşkilatının da özünə istiqamət seçməsi üçün yeni başlanğıc olub. Azərbaycan Cənubi Qafqazda 30 il əvvəlki Azərbaycan deyil. Azərbaycan dünyada seçilən liderlərdən birinə sahib olan ölkədir".