Bank Of Baku

Türkiyəli nazir Kahramanmaraşda inşa edilən “Azərbaycan Məhəlləsi"nin görüntülərini paylaşıb - VİDEO

Türkiyəli nazir Kahramanmaraşda inşa edilən “Azərbaycan Məhəlləsi"nin görüntülərini paylaşıb - VİDEO
# 08 may 2025 13:11 (UTC +04:00)

Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum Kahramanmaraşda inşa edilən “Azərbaycan Məhəlləsi"nin görüntülərini paylaşıb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, o, bu paylaşımı “X” sosial şəbəkəsində edib.

“Qardaşlığımızın simvolunu Kahramanmaraşın ürəyində yenidən ayağa qaldırdıq! Azərbaycan Bulvarı”.

Qeyd edək ki, 2023-cü ilin fevral ayında Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan hökuməti zəlzələnin baş verdiyi Kahramanmaraş vilayətində yeni yaşayış məhəlləsinin tikintisinə dəstək verib.

https://t.me/apa_az/97706

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR