Bank Of Baku

Türkiyənin XİN başçısı: Azərbaycanla bəzi məsələlərdə bir dövlət kimi çıxış edirik

Türkiyənin XİN başçısı: Azərbaycanla bəzi məsələlərdə bir dövlət kimi çıxış edirik
# 18 oktyabr 2024 01:13 (UTC +04:00)

Sabah İstanbulda keçiriləcək "3+3" Cənubi Qafqaz Regional Əməkdaşlıq Platformasının üçüncü iclası zamanı Ermənistan-Azərbaycan məsələsi və Cənubi Qafqazdakı vəziyyət müzakirə ediləcək.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan “Haber Global”a müsahibəsində deyib.

Hakan Fidan bölgə ölkələri arasında mövcud problemlərin həlli istiqamətində "3+3" platformasının önəmli olduğunu da vurğulayıb.

“Ermənistan-Azərbaycan məsələsi Cənubi Qafqazdakı ümumi sülh prosesi çərçivəsində yaxından izlədiyimiz məsələdir. Prezidentimizin bu məsələ ilə bağlı mövqeyi bəllidir. Biz Azərbaycanla bir millət-iki dövlət vəziyyətindəyik. Hətta iki dövlət artıq bir çox həssas mövzuda tək dövlət kimi davranır. Fövqəladə koordinasiya var. Ermənistanla əldə oluna biləcək sülhlə bölgə üçün sabitlik və inkişafın önünün açılacağına inanırıq. Ona görə də, prezidentimiz bu sülhə büyük dəstək verir”, - nazir qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR