Bank Of Baku

TÜRKPA: Türk dünyasının sülh və firavanlığını təmin etmək ortaq məqsədimizdir

Talğat Aduov

© APA | Talğat Aduov

# 18 fevral 2022 11:06 (UTC +04:00)

Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA) digər türk dövlətləri ilə həm parlament səviyyəsində, həm də Türk Dövlətləri Təşkilatları ilə tərəfdaşlıq çərçivəsində sıx əməkdaşlıq edir.

"APA-Economics" xəbər verir ki, bunu "Post-pandemiya dövründə iqtisadi artımın sabitləşdirilməsində kiçik və orta sahibkarlığın innovativ fəaliyyəti" adlı konfransda çıxış edən TÜRKPA-nın baş katibinin müavini, Qazaxıstan parlamentinin nümayəndəsi Talğat Aduov deyib.

Onun sözlərinə görə, təşkilatın əsas məqsədi parlamentlərarası əlaqələrin gücləndirilməsi, milli qanunvericiliyin uyğunlaşdırılması istiqamətində qarşılıqlı fəaliyyət aparmaqdır.

"Bunun səbəbləri açıq və aydındır. Ümumi tarixin, mədəni irsin, eləcə də dillərin oxşarlığı biz – qardaş xalqlara bir birimizi daha yaxşı başa düşməyə kömək edir. Qarşılıqlı anlaşma ümumi işdə uğurun yarısı deməkdir. Bizim bir ortaq məqsədimiz var ki, bu da bütün türk dünyasının sülh və firavanlığını təmin etməkdir", - deyə T. Aduov qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR