Ukrayna səfiri: Xocalı faciəsi bəşəriyyət tarixinə ən faciəli səhifələrdən biri kimi həkk olunub

Ukrayna səfiri Vladislav Kanevski

© APA | Ukrayna səfiri Vladislav Kanevski

# 26 fevral 2024 11:30 (UTC +04:00)

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Xocalı soyqırımının il dönümü ilə bağlı başsağlığı verib.

APA xəbər verir ki, ukraynalı diplomat bu barədə "Facebook" hesabında paylaşım edib.

"Bu gündə qəlbimizi təsvirolunmaz ağrı və kədər doldurur. Xocalı faciəsi bəşəriyyət tarixinə ən faciəli səhifələrdən biri kimi həkk olunub. Kimsə XXI əsrdə Avropanın mərkəzində hadisələrin təkrarlana biləcəyini təsəvvür edə bilərdimi? Rusiya Federasiyasının bu gün Ukraynaya qarşı etdikləri bir daha sübut edir ki, cəzasızlıq yeni cinayətlər törədir!", - diplomat qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR