Ukrayna Azərbaycan üçün Avropada əsas enerji mərkəzinə çevrilməyə hazırdır.
APA xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Andrey Sibiqa bildirib.
"Aİ kimi biz də Azərbaycanı Avropanın enerji təhlükəsizliyinə əsas töhfə verən ölkə hesab edirik. Tranzit sahəsində təcrübəmiz və Avropada ən böyük qaz anbarlarımız sayəsində buna töhfə verməyə hazırıq. Ukrayna Avropada Azərbaycan üçün əsas enerji mərkəzi olmağa hazırdır. Azərbaycan Ukraynanın davamlı inkişafının gücləndirilməsi, ilk növbədə enerji sektorunda, eləcə də ədalətli və davamlı sülhə nail olmaq üçün son dərəcə mühüm tərəfdaşdır. Azərbaycan strateji tərəfdaşdır və indi bu tərəfdaşlığa, xüsusən də ən yüksək siyasi səviyyədə yeni təkan vermənin vaxtıdır. Bu barədə Davosda Ukrayna Prezidenti Volodimir Zelenski ilə Azərbaycan Prezidenti İlham Əliyev də razılaşıblar”.