“Ukraynadan Moldovaya keçən Azərbaycan vətəndaşlarının Vətənə gətirilməsi üçün iş aparılır”.
APA-nın xəbərinə görə, bunu xarici işlər naziri Ceyhun Bayramov bildirib.
Ceyhun Bayramov deyib ki, həmin vətəndaşların hava yolu, yaxud avtobuslarla Azərbaycana gətirilməsi üzərində araşdırma aparılır: “Ukraynadakı hadisələrlə bağlı Moldovada da xüsusi rejim tətbiq olunub, ilkin olaraq hava əlaqəsini dayandırıblar. Ukraynadan Moldovaya keçən vətəndaşlarımızın oradan Azərbaycana necə, hansı yollarla gətirilməsi imkanları araşdırılır. Bu barədə sonra əlavə məlumat veriləcək”.