Fevralın 21-də Varşavanın Visla çayı üzərində yerləşən ən füsunkar körpülərindən olan Şlonsko-Donbrowski körpüsü Azərbaycan Respublikasının Dövlət Bayrağının çalarları ilə işıqlandırılıb.
Bu barədə APA-ya Azərbaycanın Polşadakı səfirliyindən bildirilib.
Qeyd olunub ki, təşəbbüs Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında diplomatik münasibətlərin yaradılmasının 30-cu ildönümün qeyd edilməsi məqsədilə baş tutub.