Paşha Bank
Bank Of Baku

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində panel müzakirə keçirilib

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində panel müzakirə keçirilib
# 27 oktyabr 2026 16:38 (UTC +04:00)

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Ortaq gələcək üçün turizm: inklüzivlik, bərabərlik və icmaların liderliyi sülhün qurulmasına necə töhfə verir” mövzusunda panel sessiyası keçirilib.

APA xəbər verir ki, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev çıxışı zamanı turizmdə iqlim fəaliyyətinin gücləndirilməsinə dair Bakı Bəyannaməsinin emissiyaların azaldılması və iqlim dəyişikliyinə uyğunlaşma məqsədləri ətrafında dövlətləri və qeyri-dövlət aktorlarını bir araya gətirdiyini bildirib.

O xatırladıb ki, 2024-cü ildə Azərbaycanın ev sahibliyi etdiyi COP29 çərçivəsində Dövlət Turizm Agentliyi, BMT Turizm təşkilatı və COP29 sədrliyinin birgə təşkilatçılığı ilə Turizm Günü keçirilib. Bu, BMT-nin iqlim konfransı çərçivəsində ilk belə tədbir olub və turizmin iqlim dəyişikliyi ilə mübarizədəki roluna diqqəti artırıb.

Dövlət Turizm Agentliyinin Mədəni irs şöbəsinin Mədəni irsin inkişafı bölməsinin müdiri Leyla Musayeva Xınalıqda turizmin inkişafının yerli qadınların sənətkarlıq və digər turizm fəaliyyətlərində iştirakını artırdığını bildirib.

O qeyd edib ki, Xınalıq 2007-ci ildə Prezidentin sərəncamı ilə dövlət qoruğu elan edilib. 2021–2024-cü illərdə kənddə aparılan bərpa və konservasiya işləri, eləcə də ərazinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi mədəni irsin qorunmasına töhfə verib. Leyla Musayeva yerli ənənələrin və dilin qorunmasının, gənc nəslin mədəni irsə bağlılığının gücləndirilməsinin vacibliyini vurğulayıb.

“Gazelle Safari Company” və “Gazelle Hospitality” şirkətlərinin, eləcə də “Women in Hospitality Uganda” təşkilatının təsisçisi, uqandalı sahibkar Enn Kalembe çıxışı zamanı ölkəsinin turizm iqtisadi inkişafın əsas istiqamətlərindən biri kimi müəyyənləşdirdiyini bildirib.

Onun sözlərinə görə, Uqanda 2040-cı ilədək iqtisadiyyatını 10 dəfə böyütməyi, kənd təsərrüfatı, turizm, mineral ehtiyatlar, elm və texnologiya daxil olmaqla, beş prioritet sahəni inkişaf etdirməyi hədəfləyir. Enn Kalembe turizm sektorunda təxminən 1 milyon iş yerinin yaradıldığını da qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR