Bank Of Baku

Vüqar İskəndərov: “ABŞ-ın Ermənistana maliyyə yardımını azaltması təsadüfi deyil”

Vüqar İskəndərov, Milli Məclisin deputatı

© APA | Vüqar İskəndərov, Milli Məclisin deputatı

# 29 mart 2022 20:01 (UTC +04:00)

“Formalaşan yeni dünya düzənində artıq hər kəs Azərbaycanla strateji tərəfdaş və dost olmaq yolunu seçir”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib.

V. İskəndərov deyib ki, Co Bayden Administrasiyasının Konqresə təqdim etdiyi 2023-cü il büdcə təklifini də Vaşinqtonun bu yöndə addımı kimi qiymətləndirmək olar: “Administrasiya ABŞ Konqresini Ağ Evin 2023-cü maliyyə ili üçün büdcə təklifində Ermənistana 24 milyon ABŞ dolları ayırmağa çağırıb. Bu, 2022-ci maliyyə ili üçün bir neçə həftə əvvəl Konqres tərəfindən ayrılan və Prezident tərəfindən təsdiq edilən məbləğdən 21 milyon dollar azdır. ABŞ-dakı əsas lobbi təşkilatı olan Amerika Erməni Milli Komitəsinin (ANCA) reaksiyası da onların nə dərəcədə narazı qaldıqlarını göstərir. Bu, erməni lobbisinin növbəti dəfə xəyallarını puç edib”.

Deputat qeyd edib ki, erməni lobbisi həm də Bayden Administrasiyasının Konqresdən ABŞ-ın 2023-cü maliyyə ili üçün Azərbaycana 9,7 milyon dollara yaxın yardım istəməsindən narazıdır. Həm də bura Azərbaycanın ABŞ Müdafiə Nazirliyindən 333-cü bölmə (potensialın gücləndirilməsi) çərçivəsində aldığı əlavə vəsaitlər daxil deyil. Hökumət Hesabatlılığı İdarəsinin (GAO) mart ayında açıqladığı hesabata əsasən, Azərbaycan 333-cü Bölmə çərçivəsində ABŞ-dan 164 milyon dollardan çox yardım alıb: “Bayden Administrasiyasının Ermənistana və erməni lobbisinə bu cür münasibəti, maliyyə yardımını azaltması təsadüfi deyil. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində torpaqlarını azad edən, dünyanın enerji xəritəsinin müəyyənləşməsində söz sahibi olan, regionun aparıcı dövləti olan Azərbaycanın dünyada rolu və çəkisi artmaqdadır. Digər tərəfdən, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici və daxili siyasət dünyanın güc mərkəzləri, o cümlədən ABŞ tərəfindən yüksək qiymətləndirilməkdədir. Novruz bayramı münasibəti ilə ABŞ Prezidenti Co Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubda da bu ehtiram ifadə olunmuşdu. Buna görə də Bayden Administrasiyasının son addımı da təsadüfi deyil. Başqa sözlə, bütün bunlar həm də Azərbaycanın beynəlxalq müstəvidə söz sahibinə çevrilməsinin nəticəsi kimi qiymətləndirilməlidir”.

Ancaq V. İskəndərov Ağ Evin 2023-cü il üçün təklifində Qarabağda minalardan təmizləmə və ya digər humanitar layihələrə pul ayrılması planlaşdırılmamasını düzgün saymır: “ABŞ 2022-ci ildə minaların təmizlənməsinə 2 milyon dollar ayırıb. Ancaq azad edilmiş 10 min kv.km-ə qədər ərazinin minalardan qısa müddətdə təmizlənməsi mümkün deyil və beynəlxalq ictimaiyyət, o cümlədən ABŞ da qarşıdakı illərdə bu istiqamətdə Azərbaycana dəstəyini əsirgəməməlidir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR