Azərbaycandakı diplomatik korpusun nümayəndələri bu gün Şuşaya səfər çərçivəsində şəhərin mərkəzi meydanında olublar.
APA-nın əməkdaşı xəbər verir ki, diplomatlar mərkəzi meydanla tanış olub, Üzeyir Hacıbəyli, Xurşidbanu Natəvan və Bülbülün meydandakı “güllələnmiş heykəlləri”nə baxış keçiriblər.