Qarabağa səfər edən diplomatik korpusun nümayəndələri Xankəndi şəhərindəki Mədəniyyət Mərkəzinə səfər ediblər.
APA-nın Qarabağa ezam olunmuş müxbiri xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qonaqları salamlayıb və onlara Azərbaycan-Ermənistan sülh prosesi, Qarabağda aparılan bərpa quruculuq işlərinin gedişatı barədə məlumat verib.
Daha sonra qonaqlar Xankəndi şəhərində Zəfər Parkını ziyarət ediblər.