Bank Of Baku

Xarici səyyahlar: “Ciddi dağıntılara şahid olduq” - VİDEO

Xarici səyyahlar: “Ciddi dağıntılara şahid olduq” - VİDEO
# 17 fevral 2022 18:23 (UTC +04:00)

“Tikinti işlərinin başa çatmasından sonra Şuşanın daha da gözəl görünəcəyinə əminəm”.

Bunu işğaldan azad edilmiş ərazilərə səfər edən italiyalı səyyah Nikola Koratella APA-ya açıqlamasında deyib.

O, şəhərdə ciddi dağıntılara şahid olduğunu, bununla belə səfərinin olduqca maraqlı və xoş təəssüratla keçdiyini qeyd edib: “Biz Şuşada bir çox dağıntı gördük, bu, çox pis idi. Lakin şəhərdə gözəl yerlər də var idi. Məsələn, biz məscidi və Şuşa qalasını gördük. Həqiqətən də səfər etməyimizə dəydi. Mən əminəm ki, tikinti işləri başa çatdıqdan sonra Şuşa daha da gözəl görünəcək. Biz Laçın dəhlizindən də keçdik”.

Avstriyalı səyyah isə Laçın dəhlizinin ətrafındakı yaşayış məntəqələrinin olduqca acınacaqlı vəziyyətdə olduğunu, ətrafın boş və dağıntılarla dolu olduğunu deyib: “Laçın dəhlizi olduqca boş idi. Biz küçələrdə, evlərdə insanları görmədik. Ətrafda sadəcə küçə itləri var idi. Evlərin pəncərələri də sınıq idi. Biz Kəlbəcərə də getdik. Ora həqiqətən də çox gözəl görünürdü. Qarla örtülü dağların əla mənzərəsi var idi. Amma havada dondurucu soyuq var idi. Günəş çıxanda havanın temperaturu təxminən mənfi 10 dərəcə idi. Amma Kəlbəcər həqiqətən də gözəl görünürdü”.

Səid Babazadə

Elgün Gəncimsoy

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR