Azərbaycanın işğaldan azad olunan ərazilərinə səyahət edən tanınmış xarici səyyahların səfəri başa çatıb.
APA-nın əməkdaşı xəbər verir ki, Xocalı soyqırımının 30 illiyi ərəfəsində təşkil olunmuş səfər çərçivəsində tanınmış səyyahlardan ibarət heyət son olaraq Füzuli rayonunda olub, Ermənistanın törətdiyi dağıntılar, ekoloji terror aktlarının izlərini seyr ediblər.
Onlar buradan Bakıya qayıdıblar.
Nümayəndə heyəti bu gün səhər Zəngilana səfər edib. Qonaqlar Zəngəzur dəhlizinin dəmir yolu xəttinin tikinti işləri, Ağalı kəndində ağıllı kənd layihəsinin inşası ilə tanış olublar.
Qeyd edək ki, səyyahların işğaldan azad olunan ərazilərə səfəri srağagün başlayıb. Onlar həmin gün Şuşa və Ağdamda, dünən Kəlbəcərdə, Laçın dəhlizində olublar.
Qarabağ və Şərqi Zəngəzura səfər dünyanın ən azı 100-dən çox ölkəsində olmuş məşhur səyyahları birləşdirən beynəlxalq “NomadMania” klubunun təşkilatçılığı ilə keçirilib. Klubun rəhbəri Harry Mitsidis də heyətdə təmsil olunub.
Elgün Gəncimsoy