Bank Of Baku

Səfir: "Azərbaycanın Əfqanıstandakı sülhməramlılarının sayını artırmaq qərarı gözəl xəbərdir"

 Səfir: "Azərbaycanın Əfqanıstandakı sülhməramlılarının sayını artırmaq qərarı gözəl xəbərdir"
# 27 noyabr 2017 08:24 (UTC +04:00)

"Azərbaycan tək Əfqanıstanda deyil, bütün bölgədə və dünyada sülhün bərqərar olmasında maraqlıdır".

 

APA-nın məlumatına görə, bu sözləri Əfqanıstanın Azərbaycandakı səfiri Məhəmməd Taqi Xəlili keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Azərbaycan prezidenti  İlham Əliyevin NATO-da keçirilən görüşdə Əfqanıstandakı Azərbaycan sülhməramlılarının sayının artırılması ilə bağlı qərar verildiyini açıqlaması gözəl xəbər olub: "Əfqan xalqı adından buna görə təşəkkür edirik". 

Səfir qeyd edib ki, bu yaxınlarda Aşqabadda görüş keçirilib və görüşdə Əfqanıstanın Türkmənbaşı vasitəsilə Bakı limanına və Bakı-Tbilisi-Qarsa birləşdirilməsi qərara alınıb: "Əməkdaşlığa dair sənədlərdən biri iqtisadi sahə ilə bağlı olacaq. Bunun əsasında birgə işçi qrupu yaradılacaq və gələn ilin əvvəlində qrupun ilk iclasının keçirilməsi planlaşdırılır. Bizi buna şövq edən əsas məsələ iki ölkə prezidenti arasında olan yaxşı münasibətlərdir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR