Bank Of Baku

Uruqvayda 28 May - Respublika Günü münasibətilə qəbul keçirilib

 Uruqvayda 28 May - Respublika Günü münasibətilə qəbul keçirilib
# 25 may 2017 08:01 (UTC +04:00)

Azərbaycanın Uruqvaydakı diplomatik missiyası tərəfindən Montevideo şəhərində Respublika Günü münasibətilə qəbul keçirilib.
 
XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə Uruqvay hökumətinin yüksək səviyyəli nümayəndələri, parlamentin çoxsaylı senator və deputatları, eləcə də  diplomatik korpusun, akademik və biznes dairələrinin nümayəndələri iştirak ediblər.
 
Tədbirdə çıxış edən Azərbaycanın Uruqvaydakı səfiri Rəşad Aslanov Azərbaycanda müsəlman dünyasında ilk demokratik respublikanın qurulmasının tarixi əhəmiyyətindən, eləcə də son illərdə prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanın əldə etdiyi nailiyyətlər, həyata keçirdiyi regional və beynəlxalq əhəmiyyətli layihələrdən bəhs edib. Eyni zamanda, səfir Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunması və işğal altındakı ərazilərdə azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə siyasətindən danışıb.
 
Azərbaycan və Uruqvay arasındakı əlaqələrin son illər yüksək dinamika ilə inkişaf etdiyini vurğulayan R. Aslanov gələcəkdə də ikitərəfli əməkdaşlığın genişlənməkdə və dərinləşməkdə davam edəcəyinə olan inamını ifadə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR