Bank Of Baku

ABŞ Dövlət Departamentinin təmsilçisi Azərbaycana gələcək

ABŞ Dövlət Departamentinin təmsilçisi Azərbaycana gələcək
# 27 iyun 2018 07:04 (UTC +04:00)

ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisinin birinci müavini Alis Uels Azərbaycana gələcək.

 

 APA-nın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi saytında bildirilib.

 

Məlumata görə,  A.Uells 27-29 iyun tarixlərində Bakıda səfərdə olacaq.

 

 

O Bakıda iyunun 28-də keçiriləcək Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısında iştirak edəcək.

 

Səfər çərçivəsində ABŞ rəsmisi Azərbaycan hökumətinin yüksək səviyyəli rəsmiləri görüşərək Azərbaycanın Əfqanıstan hökumətinə və NATO-nun Əfqanıstandakı qətiyyətli dəstək missiyasına davamlı dəstəyinə görə təşəkkür edəcəyi bildirilir. Xanım Uells eyni zamanda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) yüksək səviyyəli nümayəndələri ilə də görüşəcək.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR