“Biz məmnunuq ki, indiyə kimi Azərbaycanda 45 Tvinninq layihəsi həyata keçirmişik”.
APA-nın məlumatına görə, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib. M. Mard bildirib ki, Azərbaycan Tvinniq layihələrinə görə, şərq tərəfdaşlığı ölkələri arasında liderdir: "Bu layihələr həm Azərbaycan üçün, həm də Avropa İttifaqı üçün uğurlu olub. Ümumilikdə bu layihələr tərəflər arasında münasibətlərin möhkəmlənməsinə təkan verib. son illər Azərbaycanda Tvinniq layihələrində 1000-dən çox ekspert işləyib, Avropa İttifaqına 100-ə yaxın səfərlər təşkil olunub”.
Nümayəndə deyib ki, ən uğurlu layihələr sosial rifah, statistika, ekologiya və digər sahələrdə həyata keçirilib.