Bank Of Baku

Aİ Regional komitəsinin üzvləri: Seçkilər legitimdir

Aİ Regional komitəsinin üzvləri: Seçkilər legitimdir
# 12 aprel 2018 09:55 (UTC +04:00)

Avropa İttifaqı  Regional komitə üzvlərinin Müşahidə Missiyası 11 aprel prezident  seçkilərinin nəticələrinə  dair bəyanatını açıqlayıb.

 

APA-nın xəbərinə görə,  Missiyanın üzvü Uno Silberq səsvermə günü 46 seçki məntəqəsində müşahidə həyata keçirdiklərini deyib. O,  müşahidələrə və araşdırmalara əsasən, prezident seçkilərinin önə çəkilməsinə dair qərarın milli  qanunvericiliyə  uyğun qəbul edildiyini, səsvermə prosesinin texniki və təşkilatı baxımdan yaxşı təşkil edildiyini bildirib.

 

U. Silberq seçici fəallığının yüksək olduğunu  və səsvermə prosesinin dinc şəraitdə keçirildiyini, kənar müdaxilələr müşahidə etmədiklərini deyib: "Üç məntəqədə səslərin sayılması prosesini izlədik və heç bir maneçilik olmadı. Yekun olaraq belə hesab edirik ki, seçkilər legitimdir və seçicilərin sərbəst, gizli səsvermə hüquqları təmin edilib".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR