Bank Of Baku

AŞPA-nın yeni prezidenti seçilib

AŞPA-nın yeni prezidenti seçilib
# 25 iyun 2018 11:52 (UTC +04:00)

Avropa Şurası Parlament Assambeleyasının yay sessiyasında isveçrəli Liliane Maury Pasquier qurumun yeni prezidenti seçilib.


APA-nın Avropa müxbirinin verdiyi xəbərə görə, o, bundan əvvəl prezident Mikele Nikolettiyə öz təşəkkürünü bildirib. 

 

L. M. Pasquier bir qadın kimi bu vəzifəyə seçilməkdən qurur duyduğunu deyib. O qeyd edib ki, bu günə qədər qurumun sadəcə üç qadın prezidenti olub.  Qadınların yüksək vəzifələrdə çalışmasının önəmindən danışan yeni prezident,  gender bərabərliyinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, AŞPA-nın hazırki prezidenti Mikele Nikoletti bu ilin yanvarında bu vəzifəyə seçilmişdi.

AŞPA-nın yay sessiyası iyunun 29-da başa çatacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR