Bank Of Baku

Azərbaycan-Macarıstan diplomatik əlaqələrinin 25 illiyi münasibətilə fotosərgi keçirilib

Azərbaycan-Macarıstan diplomatik əlaqələrinin 25 illiyi münasibətilə fotosərgi keçirilib
# 24 may 2017 11:59 (UTC +04:00)

Müasir İncəsənət Muzeyində Macarıstan və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25 illi ilə bağlı fotosərgi keçirilib.

 

APA-nın məlumatına görə, sərginin açılışında çıxış edən Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotski Macarıstan tərəfindən Azərbaycanın müstəqilliyinin 1991-ci il dekabrın 26-da tanındığını və 1992-ci il aprelin 27-də iki ölkə arasında diplomatik əlaqələrin qurulduğunu bildirib. O xatırladıb ki, 2004-cü ildə Budapeştdə Azərbaycanın və 2009-cu ildə Bakıda Macarıstanın səfirliyi açılıb: "Son 25 ildə siyasi rəhbərlər arasında bir sıra yüksək səviyyəli vacib səfərlər həyata keçirilib. İqtiadi münasibətlərdə artan tendensiya müşahidə edilir. Təhsil sahəsində də əməkdaşlıq inkişaf edir, 200 azərbaycanlı tələbə təqaüdlə Macarıstanda ali təhsil alır".


Səfir qeyd edib ki, fotolarda Azərbaycan və Macarıstanın regionları əks olunub və onlar ardıcıl düzülüb: "Bu, bizim dostluğumuzu simvolizə edir və göstərir ki, biz birlikdə hərəkət edirik. Fotolar bundan sonra da münasibətləri inkişaf etdirmək niyyətində olduğumuzu göstərir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR