Bank Of Baku

Azərbaycan-Polşa iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının tərkibinə dəyişiklik edilib

Azərbaycan-Polşa iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının tərkibinə dəyişiklik edilib
# 15 noyabr 2017 17:09 (UTC +04:00)

Prezident İlham Əliyev “Azərbaycan Respublikası və Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 mart tarixli 196 nömrəli sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.

 

APA-nın məlumatına görə, dəyişikliyə əsasən sərəncamın 1-ci hissəsində “Natiq Əliyev - Azərbaycan Respublikasının energetika naziri” sözləri “Kəmaləddin Heydərov - Azərbaycan Respublikasının fövqəladə hallar naziri” sözləri ilə əvəz edilib; “Nigar Əliyeva - Azərbaycan Respublikası səhiyyə nazirinin müavini” sözlərindən sonra “Natiq Abbasov - Azərbaycan Respublikası energetika nazirinin müavini” sözləri əlavə edilib.

 

Xarici İşlər Nazirliyinə sərəncamda edilən dəyişikliklər barədə Polşa tərəfinə bildiriş göndərmək tapşırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR