“Azərbaycan prezidenti İlham Əliyevlə dünən görüş olub. Onun ölkələrimizin xarici işlər nazirlikləri arasındakı əməkdaşlığa yetirdiyi diqqətə görə minnətdaram. Bu, iqtisadiyyat, ticarəti əhatə edən çox profilli əlaqələrin vacib komponentidir. İkitərəfli hökumətlərarası komissiya fəal çalışır. Dekabrda Bakıda Hərbi Texniki Əməkdaşlıq üzrə növbəti iclas olacaq”.
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Elmar Məmmədyarovla danışıqların əvvəlində deyib.
Lavrov həmçinin iki ölkənin Təhlükəsizlik Şuraları arasındakı əməkdaşlığın uğurlu inkişafına diqqət yetirib.
Öz növbəsində E. Məmmədyarov bildirib ki, qarşılıqlı səfərlər yaxşı ənənəyə çevrilib. “Əlaqələrimiz getdikcə genişlənir, çoxmilyardlı ticarət dövriyyəsi var və bu, çox vacibdir”, - deyə o vurğulayıb.